Gündəlik həyatda insanların bəzi
davranışlarına baxdıqda yanlış olmadığını görürük. Ancaq buna ən gözəl
davranış demək olmaz. Yanlış olmadığı üçün insanlar arasında çox diqqət
çəkməz və ya narahatlıq yaratmaz. Əslində, bəzən nəzakətə, bəzən
estetikaya, bəzən sevgi və hörmətə və bəzən də etikaya o qədər də uyğun
olmaz. İnsan bir digərinin çatışmayan cəhətini bu şeydə özündən daha
gözəl əxlaqa malik insanla qarşılaşdıqda anlayır. Bu şəkildə, iki insan
eyni mühitdə olarkən danışıq və hərəkətlərindəki fərqlər daha aydın
nəzərə çarpır. Məhz o zaman insan adı qoyulmayan, lakin yanlış olduğu
hiss edilən davranışlar haqqında daha düzgün qənaətə gəlir.
İnsanlar gündəlik həyatlarında söhbət
vaxtları və yaxın insanların davranışlarında bu nümunələrlə tez-tez
qarşılaşırlar. Məsələn, bəzən birisi zarafat edir, lakin bu zarafat
ordakı insanlarda istənilən təsir meydana gətirmir. Zarafat etməkdə
məqsəd mühiti şənləndirmək, insanlar arasında yaxınlıq əmələ
gətirməkdir. Ancaq bəzən deyilən sözlərlə bu məqsədə nail olmaq olmur.
Əksinə, zarafatdakı eyham, seçilən yanlış söz, yanlış yerdə yersiz
gülüş, zarafatın lazım olduğundan artıq uzadılması, zarafatla müəyyən
şəxsin hədəf seçilməsi, qarşı tərəfi şövqləndirməyən, narahat edən
üslubdan istifadə edilməsi o mühiti şənləndirmək əvəzinə narahatlıq
meydana gətirir. Zarafat edən şəxs, həqiqətən, yaxşı niyyətli ola bilər.
Dediyi sözləri ölçüb-biçmədiyinə, hərtərəfli düşünmədiyinə və ya
istəmədən yanlış sözlər seçdiyinə görə belə vəziyyət yarana bilər. Ancaq
bunları əvvəldən ölçüb-biçərək, təfərrüatını düşünərək hərəkət etmək
gözəl əxlaqın tələbidir. İnsan ağlı, vicdanı ilə hərəkət edərək ən gözəl
sözü və davranışları seçməklə məsuldur. Ona görə də insan bütün bunları
düşünəcək əxlaqda olmalıdır.
Bu mövzuya dair nümunələri artıra
bilərik. Məsələn, bir şeyə qonaq edilərkən ən nəzakətli sözləri seçib,
qarşı tərəfi hörmət və sevgi ilə şövqləndirib, şişirdilmiş hərəkətlərdən
çəkinib uyğun qaydada razı olduğunu bildirmək lazımdır. Bu məsələdə
çatışmayan kiçik bir cəhət belə qarşı tərəfin qəlbini narahat edə bilər.
Bəlkə də ortada yanlış görünən bir davranış olmaz. Lakin bu rəftardan
doğan səmimi razılıq və bu narahatlıq müqayisə edildikdə davranışda
çatışmazlıq olduğu üzə çıxar.
Bəzən də bir insana özündən daha
təcrübəli, ağıllı, daha dərin düşünən şəxs məsləhət verir. Burada da ən
gözəl rəftar həmin şəxsin Allah rizası üçün verdiyi məsləhətə eyni
şəkildə Allah rizası üçün ən gözəl söz və davranışla qarşılıq verməkdir.
Tənqid edən şəxs qarşısındakı insanın nəfsini nəzərə alaraq onun daha
yaxşı, daha mükəmməl olması üçün diqqətlə və düşünərək danışar. İnsan
belə gözəl əxlaqa ən az eyni tərzdə, hətta daha gözəl şəkildə qarşılıq
verməlidir. Qarşı tərəfin də sözlərini qəbul etdiyini, dəstəklədiyini,
deyilənlərə könüldən inandığını, daxilən qəzəblənmədiyini, qarşı tərəfə
haqq verdiyini, heç bir narahatlıq hiss etmədiyini ən yaxşı tərzdə
vurğulamalıdır. Bunun əvəzinə, sadəcə bir neçə qısa cümlə ilə qarşılıq
verərsə, razı olub-olmadığını bildirməzsə, narazı ifadə ilə baxıb səs
tonunu dəyişərsə və qarşı tərəfə razı olduğuna dair açıqlama verməzsə,
əlbəttə, bunun mənası çox fərqli olar. Əslində, bu insan yanlış söz
deməmiş, etiraz etməmiş, tərs üslubdan istifadə etməmişdir. Ona görə,
yanlış bir şey etməmiş kimi görünə bilər. Ancaq daha incə vicdan
anlayışı ilə baxdıqda belə vəziyyətdə həmin rəftarın ən gözəl davranış
olmadığı aydın olur. Əvvəlki sətirlərdə deyildiyi kimi, əgər bu insan
qarşı tərəfə olan hörmətini, sevgisini, razılığını ən gözəl söz və
davranışlarla ifadə edərsə, əlbəttə, bu, Quran əxlaqına ən uyğun
davranış olar.
Bir insana sevgi ifadə edən söz dedikdə
və iltifat etdikdə qarşı tərəf də eyni şəkildə hərtərəfli düşünərək ən
gözəl şəkildə qarşılıq verməlidir. Bu insan ona iltifat edənə sadəcə:
“Təşəkkür edirəm”, -deyərək keçə bilər. Əlbəttə, bu da gözəl sözdür və
yanlış görünmür. Əslində isə, kafi deyil. Bir insanın qarşı tərəfə sevgi
ilə yanaşmasında, iltifat edib gözəl söz söyləməsində məqsəd, Allah
rizası üçün qarşılıqlı sevgini, hörmət və yaxınlığı artırmaq, gözəl
mühit təmin etmək, sevindirmək və şənləndirməkdir. İnsanın bu məqsədlə
göstərdiyi əxlaqa ən az qarşı tərəf qədər, hətta daha artıq iltifat edib
gözəl sözlərlə qarşılıq verməsi daha gözəl əxlaq anlayışına sahib
olduğunu göstərir.
Bütün bu nümunələr mühüm həqiqəti
göstərir: gözəl əxlaqı incə xüsusiyyətlərdə axtarmaq lazımdır. Bir insan
ümumi mənada, həqiqətən, möhkəm xarakterə malik ola bilər və etibarlı,
xoşniyyətli və çalışqan ola bilər. Ancaq xüsusiyyətlərdəki bu
çatışmazlıqlar da olduqca vacibdir. Çünki bunlar insanı könüldən
sevdirir və etibarlı edir.
Hər məsələdə olduğu kimi, insanın adı
qoyulmayan və yanlış hesab edilməyən, ancaq qəlbən narahatlıq verən bu
hərəkətləri müəyyən edərkən, əlbəttə, Quran ayələrini və vicdanını əsas
götürməlidir. Ən gözəl davranışlar ətrafdakı insanlarda dərin sevgi,
mərhəmət, mehribanlıq və razılıq meydana gətirir. Orta dərəcəli gözəl
davranışlar isə qarşı tərəfdə ancaq orta dərəcədə təsir meydana gətirir.
Allah’dan qorxan insan Allah’ın ən çox
razı olduğu əxlaqla davranmalıdır. Allah rizasının ən çoxu insanın bütün
davranışlarında bu incəliklərə diqqət etməsindədir. Quranda Allah
möminlərə bu əxlaqla bağlı belə tövsiyə edir:
”Qullarıma de ki, ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir” (İsra surəsi, 53)
Hiç yorum yok:
Yorum Gönder