Honkoqda müsəlmanlar məscid istəyirlər
Honkonqda müsəlmanların sayı günbəgün artdığına görə, yeni məscidə ehtiyac olduğu açıqlanıb.
Şəhərdə müsəlmanların icma mərkəzi və
müsəlman uşaqların daha yaxşı təhsil alması məqsədilə bir qurum təşkil
edilməsini istəyirlər. Honkonqda hal-hazırda bu cür məqsədlərə xidmət
edən rəsmi qurumların olmadığı bildirilir. Çin dilində danışmayan
uşaqlar məktəbə gedə bilmədiyinə görə, buna ehtiyac olduğu qeyd edilir.
Hal-hazırda Honkonqda ancaq beş məscid var. Digər tərəfdən, Honkonqdakı müsəlman icmanın beş dəfə böyüdüyü bildirilib.
Honkonqdakı müsəlmanların sayının 200-250 min olduğu təxmin edilir.
ABŞ-da 2 mindən çox məscid var
2011-ci ilin faktlarına əsasən, ABŞ-da
2 600 000 müsəlman və 2106 məscid var. Ən çox məscid olan ilk beş ştat isə ardıcıl olaraq bunlardır:
2 600 000 müsəlman və 2106 məscid var. Ən çox məscid olan ilk beş ştat isə ardıcıl olaraq bunlardır:- Nyu-york – 257 məscid
- Kaliforniya – 246 məscid
- Texas – 166 məscid
- Florida – 118 məscid
- İllinoys və Nyu-cersi – 109 məscid
Məscid tikintiləri 1920-30-cu illərdə
artıb və 1952-ci ildə ABŞ-da 20-dən çox məscid var idi. ABŞ-dakı ilk
məscidin 1915-ci ildə tikilməsinə baxmayaraq, ölkədə 1960-cı ilə qədər
nisbətən az məscid inşa edilib. “Faith Communities Today”-in (FACT)
apardığı araşdırmaya görə, ABŞ-dakı məscidlərin 87%-i son 30 il ərzində
tikilib.
Amerikalı müsəlmanlar məlumat azlığından şikayətlənirlər
Amerikalı
müsəlmanlardan qarşılaşdıqları ən əsas problemin nə olduğu soruşulub.
19% müsəlman ayrı-seçkilik, 15% terrorist kimi qəbul edilmək, 13%
ictimaiyyətin İslam haqqında məlumatının az olması, 12% isə eyni qəlibə
aid edilmək cavabını verib. Sorğuda iştirak edən amerikalı müsəlmanların
76%-i dünya səviyyəsində islami ekstremizmdən çox və ya bir az narahat
olduqlarını, 61%-i isə ABŞ-da islami ekstremizmin formalaşması
ehtimalından təşvişə düşdüklərini bildiriblər.
Bu vəziyyətin bəzi müsəlman qadınların evdən çıxmamasına səbəb olduğu deyilir.
Tailandda müsəlman malaylar üçün TV kanal
Tailand hökuməti ölkədəki müsəlmanlar üçün ilk televiziya kanalı layihəsini həyata keçirib.
Malay dilində fəaliyyət göstərən kanal
haqqında məlumat verən layihənin rəhbəri Çamrun Den-udom yeni kanalın
qurulma məqsədinin müsəlman malaylarla taylandlı buddistlər arasındakı
anlayışın artmasına kömək etmək olduğunu bildirib.
Çamrun Den-udom növbəti il 24 saat
fəaliyyət göstərəcək “TV Malayu” kanalının ilk mərhələdə gündə yarım
saat xəbər yayımlayacağını qeyd edib.
Qadın keşiş kilsəyə gələnlərə Quran oxuyur
Norveçin paytaxtı Osloda Yeni il vaxtı
kilsəyə gələn şagirdlərə hz. İsa ilə bağlı Quran ayələrini oxuyan qadın
keşiş peşman olmadığını deyib.
Klara Voql Ellinqsrud kilsəsində kiçik
şagirdlərə “Məryəm” surəsindən bəzi ayələri oxuduqda çox qarşı
çıxmışdılar. Xristian din adamlarından şagirdlərin valideynlərinə,
partiya liderlərindən təhsil nazirliyinə qədər bir çox adam bu hadisəyə
əks-münasibət göstərmişdi.
Norveçli keşiş Quranda hz. İsanın
doğulmasından bəhs edən ayələrin çox təsirli və gözəl olduğunu bildirib.
Bu qədər ciddi əks-münasibət göstəriləcəyini əvvəlcədən təxmin
etmədiyini vurğulayan Voql yenə də peşman olmadığını ifadə edib.
Valideynlərin məsələ haqqında
əvvəlcədən məlumat verilmədiyi ilə bağlı şikayətlərində haqlı
olduqlarını deyən Klara Voql: “Ancaq yaxın ətrafımdan kilsədə Quran
oxumağıma görə təbriklər gəlib. Hz. İsa haqqında Quranda məlumat
olduğunu bilmək çox yaxşıdır. Bir olan Yaradana inanmaq materializm və
sekulyarizmdən daha üstündür”, – deyib.
Hiç yorum yok:
Yorum Gönder