- “Allah üçün yaşamaq” nə deməkdir?
- Cənab Adnan Oktar dinin Allahın qullarına lütfü olduğunu necə izah etmişdir?
Müsəlmanlar Allahın varlığını və
böyüklüyünü dərk edən, Onu çox sevən, Ondan qorxub çəkinən və
həyatlarını bu həqiqətə uyğun tənzimləyən insanlardır. Digər insanlar
isə (Allahı tənzih edirik) ya Allahı inkar edənlər, ya da Allahın
varlığını qəbul etmələrinə baxmayaraq, Allahdan qorxub çəkinməyənlərdir.
Bu cür insanlar onları yaradan Allahı
yada salmadan yaşayırlar. Böyük ağılsızlıqla, həyatlarının kim
tərəfindən, necə və nə üçün başladığına etinasız yanaşırlar.
Beyinlərində (Allahı tənzih edirik) Allaha və Onun dininə yer olmayan
yeni həyat qurmağa çalışırlar. Quranda isə belə həyatın boş təməl
üzərində qurulduğu xəbər verilir və uçub dağılacağını Rəbbimiz bu
hikmətli bənzətmə ilə bildirir:
”Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz”. (Tövbə surəsi, 109)
Allahın ayədə xəbər
verdiyi kimi, Quranda tərif edilən imana malik olmayanların həyatı
uçurumun kənarında qurulmuşdur. Onların həyatdakı yeganə məqsədi bu
dünyada xoşbəxtlik və rahatlıq əldə etməkdir. Əlbəttə, dünyada insanın
rahat yaşamaq istəməsi normaldır, ancaq bunun sadəcə dünyəvi istəklərlə
olması doğru deyil.
Bu cür insanların hədəfi bəllidir.
Bəziləri varlı olmaq istəyir və məqsədinə nail olmaq üçün – lazım
gələrsə, gözəl əxlaqlı davranmaz – əlindən gələni edər, bütün fiziki və
zehni gücünü varlı olmaq üçün sərf edir. Bəzisi də həyatdakı məqsədini
yüksək mövqeli və məşhur insan olmağa həsr edir. Bunun üçün hər cür
çətinliyə tab gətirir, hər yola əl atır. Ancaq bunların hamısı ölümlə
yox olan, dünya həyatına aid məqsədlərdir. Həmin insanlar bu
məqsədlərinə nail olsalar, həyatları boyu istədikləri kimi yaşasalar,
hətta planlarında olandan artığını əldə etsələr də, əsla mənəvi cəhətdən
rahat olmaz, axtardıqları rahatlıq, xoşbəxtlik və sevgini tapa
bilməzlər. Çünki əsl xoşbəxtlik, dərin sevgi və qəlbən rahatlıq ancaq
səmimi imanla qazanılan nemətlərdir.
Mömin Allahın varlığını və gücünü dərk edir
Möminin ən əsas
xüsusiyyəti Allahın onu nə üçün yaratdığını və ondan nələr istədiyini
bilməsidir. Ona görə də dünyadakı əsl məqsədi Allah’ın razı qaldığı qul
olmaq üçün çalışmaqdır. İman gətirən insan məqsədinə çatmaq üçün hər
yola əl atar, ciddi səy göstərər. Bu yolla digər insanlar üçün son hesab
edilən ölümün də əsl mənasını bilir: ölüm yox olmaq deyil, əsl həyata
keçiddir.
Mömin olmayanların bir qismi böyük
ağılsızlıqla həyatlarının təsadüfən və öz-özünə əmələ gəldiyini hesab
etdikləri kimi, həyatlarına son qoyan ölümün də öz-özünə baş verdiyini
zənn edirlər. Halbuki, həyatı da, ölümü də yaradan Allah’dır. Əsla
təsadüf və ya qəza olmayan ölüm uca Allah’ın xüsusi yaratdığı, hər kəs
üçün ayrı zamanı və yeri müəyyən edilmiş hadisədir.
Mömin də Allahın hər şeyə hakim
olduğunu bilir, ölümün son deyil, əsl həyata – axirətə keçid olduğunu
qavrayır. Bu həqiqətləri dərk edərkən, əlbəttə, digərləri kimi həyatını
uçurumun kənarında qurmaz. Onu və bütün kainatı yaradanın uca Rəbbimiz
olduğunu, həyatın, ölümün və ölümdən sonrakı əsl həyatın sahibinin Allah
olduğunu bildiyinə görə uca Allaha üz tutur. Pulun, mövqe və məqamın,
fiziki gözəlliyin Allahın yaratdığı və hər an yaratmaqda davam etdiyi bu
sistemin içində xilas yolu olmadığını görür. Bunlar ancaq Allahın
qoyduğu qanunlar sayəsində bir müddət qüvvədə olan səbəblərdir. Allahın
yaratdığı sistemin təməli isə Allahın rizasıdır. Çünki Allah Quranda
ancaq Onun rizasını istəyənləri doğru yola yönəldəcəyini bildirmişdir:
”Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir”. (Maidə surəsi, 16)
Allahın gücünü təqdir
edən və həyatını Allah rizası üzərində quran insanın ən əsas
xüsusiyyətlərindən biri hər an ancaq Allahın rizasını və rəhmətini
düşünərək hərəkət etməsidir. O, həyatını Allahın razılığını qazanmaq,
Ona qul olmaq məqsədi üzərində qurduğuna görə, bütün kainatı Allahın
yaratdığını və idarə etdiyini qavramış və fərqli düşüncə tərzinə
malikdir. Yalnız Allahı tək İlah kimi tanıdığına görə, saxta ilahlar
mömin üçün heç nə ifadə etmir. Allah Quranda bu mövzunu hz. İbrahimin
(ə.s) sözləri ilə belə vurğulamışdır:
Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, doğru danışan kimsə və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?” (Məryəm surəsi, 41-42)
Müsəlmanlar Allahın rizasını istədiklərinə görə dindardırlar
Müsəlmanlar dinin
Allahın rizasını qazanmaq üçün haqq yol olduğunu bilirlər. Bəzi
insanların cahil fikirlərinə görə, din bəzi inanclardan ibarət
qayda-qanunlar toplusudur və həyatda dinin mühüm yeri yoxdur. Şübhəsiz
ki, bu insanlar yanlış düşüncələrinin ağır cəzasını dünyada çəkirlər,
axirətdə qarşılaşacaqları vəziyyət isə daha əziyyətli olacaq. Əsl
möminlərlə özlərini mömin kimi göstərən ikiüzlü insanlar (münafiqlər)
arasındakı fərq də burada üzə çıxır.
Möminlər dini Allah rizası üçün şövqlə,
istəklə yaşayır, münafiqlər isə öz mənfəətləri üçün sadəcə mömin kimi
görünməyə çalışırlar.
Dinə səmimi inanmadıqları və din əxlaqı
ilə yaşamadıqları halda, özlərini inanırmış və din əxlaqı ilə
yaşayırmış kimi göstərirlər.
Möminlər beş vaxt namazlarını huşu
(Allaha qarşı hörmət dolu qorxu) ilə (Muminun surəsi, 1-2), münafiqlər
isə namazı insanlara göstəriş üçün qılırlar (Maun surəsi, 6).
Münafiqlər mallarını Allah yolunda deyil, insanlara göstəriş üçün sərf edirlər.
”Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah’a və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz”. (Bəqərə surəsi, 264)
Dini Allah üçün
yaşamaq, başqa sözlə, müsəlman olmaq Allaha qul olmaq və Onun verdiyi
nemətlərdən Ona şükür edərək istifadə etməkdir. Allahı tanımaq və
həqiqətən, üstün əxlaqlı insan olmaq üçün cəhd etməkdir. Əsl müsəlman
onu yaradan sonsuz qüdrət sahibi Allahın rizasını istəyən, Onun
rizasından başqa heç bir maddi və ya mənəvi qarşılıq gözləməyən
insandır. Müsəlmanlığın təriflərindən biri budur.
Din əxlaqı ilə yaşamaq hər şeydən əvvəl Allahın rizasını və sonsuz cənnətini qazanmaqdır
Allah Onun əmr və
tövsiyələrini yerinə yetirdikdə, Quranda qoyduğu hədlərə riayət etdikdə
insanlara əbədi cənnət nemətlərini vəd edir. Allah’ın vədindən
dönməyəcəyi isə Quranda bildirilən qəti həqiqətdir. Elə isə din əxlaqı
ilə yaşayan insan həyatının hər anında cənnətə girmə ümidi və sevinci
ilə yaşayar. Keçən hər an, hər gün onu cənnətə yaxınlaşdırdığına görə bu
sevinci daha da artar. Digər insanların sıxıntılı və bədbin
əhval-ruhiyyəsi dindar insanda qətiyyən yoxdur. Bu baxımdan cənnət
sevinci din əxlaqının qazandırdığı gözəlliklərdən biridir. Cənnət isə ən
böyük nemətlərdəndir. Bu həqiqətə Quranda belə diqqət çəkilmişdir:
”Bunlar Allahın hədləridir Hər kəs Allah’a və Peyğəmbərinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük qurtuluşdur!” (Nisa surəsi, 13)
Cənab Adnan Oktar: “Din Allahın ixlaslı qullarına lütfüdür”
“Biz fitrətimizlə
dini onsuz da anlayırıq, bilirik. Bir Allah olduğunu, bir Yaradan
olduğunu, bir çox şeyi bilirik. Ancaq təfərrüatları bilmərik.
İncəlikləri bilməyimiz üçün də bu dünyanı yaradan Allah dünyadan necə
istifadə edəcəyimizi bizə yazılı şəkildə bildirir. Buna din deyirik.
Allah bizə bir kitabla bildirir. Yoxsa dünyadan necə istifadə etməyi
bilmərik. Allah: “Belə etsəniz, məhv olar, zəhərlənib ölərsiniz. Ancaq
belə etsəniz, çox yaxşı olar, xoşbəxt, sağlam, gözəl olarsınız. Mən də
sizə gözəl mükafat verərəm”, – buyurur.
Özümüz bunu bilə bilmərik. Ancaq,
məsələn, arı üçün bu, mümkündür. Arıya Allah vəhy edir, biliyi hazır
bildirir. Balasına necə baxmağı, pətəyi necə təmizləməyi, yad arını necə
öldürməyi, balın keyfiyyətini necə anlayacağını, hansı bucaq altında
pətəyin gözlərini inşa edəcəyini, pətəklərini altıbucaqlı formada necə
edəcəyini və s.
Yüzlərlə, minlərlə vəhyi, yəni onların
şəriətini Allah onların kiçik beyinlərinə yerləşdirir. Arılar çox
dürüst, xeyirxah və çalışqandırlar. Çünki Allah: “Çalışqan olun”, –
deyir və çalışqan olurlar. “Təmiz olun, hər gün təmizlənməlisiniz”, –
buyurur. Pəncələri ilə üzünü, ayaqlarını silir. Gecə-gündüz təmizlənir.
Ancaq biz bunu bilmirik, Allah bizə dinlə, kitab göndərərək öyrədir.
Allah bizim aramızdan bir insan seçir, mübarək peyğəmbər seçir, ona
vəhylə bildirir. Bu isə kitab olur.
Allah bizə Quranı yaradır. Onun
içindəki hökmləri yerinə yetirdikdə rahat oluruq. Qurana tabe olmadıqda
isə, görürsünüz, qorxunc bəlalar baş verir. Suriyadakı bəla nə üçün baş
verir? Qurana tabe olmadıqları üçün. Liviyada, Əfqanıstanda. Amerikadakı
iqtisadi böhranın, Yunanıstanın iqtisadiyyatının tənəzzül etməsinin
səbəbi nədir? Dünyadakı özünəqəsd hadisələrinin səbəbi nədir? Qurana
tabe olmadıqda dünya məhv olur, inşaAllah. (7 oktyabr 2012-ci il, A9 TV)
Hiç yorum yok:
Yorum Gönder