- Allahın varlığı elmi cəhətdən necə sübut edilə bilər?
- Cənab Adnan Oktar (Allahı tənzih edirik) Allahı inkar etmək üçün elmi kütlələr tərəfindən illərlə istifadə edilən təkamül nəzəriyyəsini elmi cəhətdən necə çürütmüşdür?
Oturduğunuz yerdən ətrafınıza bir
baxın. Olduğunuz otaqdakı hər şeyin düzəldildiyini görəcəksiniz.
Divarlar, döşəmə, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab,
stolun üstündəki stəkan və daha bir çox şey… Bircə dənəsi belə öz-özünə
əmələ gəlib otağınıza gəlməyib. Ən adi görünən xalça saçağını belə
toxuyan birisi var, o saçaq oraya öz qərarı ilə təsadüfən gəlib
yerləşməmişdir.
Əlinə bir kitab alan insan da onun bir
müəllif tərəfindən müəyyən məqsəd çərçivəsində yazıldığını bilir. Bu
kitabın təsadüfən meydana gəldiyini əsla düşünməz. Eyni şəkildə, bir
heykələ baxan insan onun heykəltəraş tərəfindən düzəldildiyinə heç
şübhə etməz. Sənət əsərlərinin öz-özünə əmələ gəldiyini düşünmək bir
yana, üst-üstə duran iki-üç kərpici belə mütləq planlı
hərəkətlə düzən biri olduğunu heç kim inkar etməz. Ona görə, kiçik və ya
böyük nizam olan hər yerdə mütləq həmin nizamın qurucusu və qoruyucusu
olmalıdır. Bir gün birisi dəmir filizi və kömürün təsadüfən poladı,
poladın da təsadüfən Eyfel qülləsini əmələ gətirdiyini iddia edərsə, bu
insanın və ona inananların iddialarının yanlış olduğu dərhal başa
düşülər.
Allah’ı inkar etməyin (Allah’ı tənzih
edirik) yeganə yolu olan təkamül nəzəriyyəsinin iddiası da bundan fərqli
deyil. Təkamül nəzəriyyəsinə əsasən, qeyri-üzvi molekullar təsadüfən
amin turşularını, amin turşuları təsadüfən zülalları, zülallar da
təsadüfən canlıları əmələ gətirib. Halbuki, canlıların təsadüfən
öz-özünə əmələgəlmə ehtimalı Eyfel qülləsinin təsadüfən öz-özünə
əmələgəlmə ehtimalından daha azdır. Çünki ən sadə hüceyrə belə insan
əməyinin məhsulu olan hər hansı şeydən daha kompleksdir.
Təbiətdəki qeyri-adi ahəngi görüb bu
müvazinətin təsadüfən və ya kortəbii şəkildə meydana gəldiyini necə
düşünmək olar? Hər guşəsində Yaradanın qüdrətinin dəlilləri olan
kainatın öz-özünə əmələ gəldiyini söyləmək ən məntiqsiz iddiadır.
Bədənimizdən başlayıb qeyri-adi
böyüklüyə malik kainatın ən ucqar nöqtələrinə qədər mövcud olan
müvazinətin bir sahibi olmalıdır. O, kainatın içindəki hər hansı maddi
varlıq ola bilməz. Çünki O, bütün kainatdan əvvəl mövcud olan və bütün
kainatı sonradan yaratmış iradə olmalıdır. Bu iradə hər şeyin Ondan
varlığını qazandığı, Özü isə əzəli və əbədi olan uca Allah’dır.
Allahın varlığı hər yeri əhatə etmişdir
Varlığını ağılla
bildiyimiz Yaradanı bizə din tanıdır. Bizə din yolu ilə bildirdiyi kimi,
O, göyləri və yeri yoxdan yaradan, Rəhman və Rəhim olan Allah’dır.
İnsanların bir qismi isə bu həqiqətdən
xəbərsiz yaşayırlar. Halbuki, bu həqiqəti qavrayacaq qədər
məntiqlidirlər. Bir mənzərə rəsmi gördükdə, əvvəlcə, onun kim tərəfindən
çəkildiyini öyrənmək istəyirlər. Daha sonra sənətkarını əsərinə görə
tərifləyirlər. Lakin üzlərini çevirib baxdıqları hər yerdə o rəsmin
əslləri ilə qarşılaşdıqları halda, bütün bu gözəlliklərin yeganə sahibi
olan Allah’ın varlığını görməməzliyə vururlar.
Halbuki, Allahın varlığını anlamaq üçün
uzun tədqiqata ehtiyac yoxdur. Belə ki, insan doğulduğu andan etibarən
bir otaqda yaşasa da, təkcə o otaqdakı dəlillər Allahın varlığını
qavramaq üçün kifayətdir. İnsanın bədəni cild-cild ensiklopediyaya
sığmayacaq qədər çox yaradılış dəlil ilə doludur. Sadəcə bir neçə dəqiqə
vicdanla düşünmək belə Allah’ın varlığını anlamaq üçün kifayətdir.
Mövcud nizam Allah tərəfindən qorunur və davam etdirilir.
Təkcə insan orqanizmi haqqında düşünməklə kifayətlənmək olmaz. Dünyanın hər mm2-də
insanın gördüyü və görmədiyi həyat hökm sürür. Təkhüceyrəli
orqanizmlərdən bitkilərə, həşəratlardan dəniz canlılarına, quşlardan
sürünənlərə qədər bütün canlılar dünyanı bürüyüblər. Əlinizə bir ovuc
torpaq alıb tədqiq etdikdə içində bir-birindən tamamilə fərqli
xüsusiyyətlərə malik növbənöv canlı olduğunu görərsiniz. Eyni şey nəfəs
aldığımız havaya da aiddir. Hətta dərinizin üstündə bəlkə adını heç
eşitmədiyiniz canlılar yaşayır. Bütün canlıların bağırsaqlarında həzm
prosesinə kömək edən milyonlarla bakteriya və təkhüceyrəli canlı
yaşayır. Dünyadakı heyvanların sayı insanların sayından qat-qat çoxdur.
Bunlara bitkilər aləmini də əlavə etsək, dünyanın hər yerində həyat
olduğunu anlayarıq. Milyonlarla km2-lik geniş sahəyə yayılmış
bu canlıların hər birinin özünəməxsus orqanizmi, həyat tərzi, ekoloji
sistemə faydaları kimi xüsusiyyətləri var. Bütün bunların səbəbsiz,
məqsədsiz və təsadüfən mövcud olduğunu iddia etmək ağıla zidd
cəfəngiyatdan başqa bir şey deyil. Çünki heç bir canlı öz qərarı və
cəhdi ilə yer üzünə gəlməyib. Təsadüf isə heç nəyi meydana gətirə
bilməz.
Allahın varlığı və böyüklüyü kainatdakı dəlillərlə özünü göstərir
Allah’ın varlığını və
böyüklüyünü vicdanla qəbul etməyən bircə insan da yoxdur. Allah
insanların Öz böyüklüyünü qavraması üçün kainatdakı nizamı qeyri-adi
xüsusiyyətlərlə birlikdə yaratmışdır.
Quranda Allah’ın yaratdığı bu sistemdən bəhs edilərkən
“… Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə…” (Talaq surəsi, 12) deyilir. Bu sistemin çox incəlikləri var və Allah bircə şeyin içində istədiyi qədər təfərrüat yaradır.
Biz yatarkən, oturarkən, yeriyərkən heç
ağlımıza gəlməsə də, Allah kainatdakı bütün sistemləri bir-bir işlədib
idarə edir. Həyatımızın davam etməsi üçün meydana gələn proseslərin hər
biri Allah’ın nəzarətindədir. Kiçik bir addım atmağımız belə Yerin
cazibə qüvvəsindən skelet sistemimizə, sinir və əzələ sistemimizdən
beynimizə və ürəyimizə, hətta Yerin fırlanma sürətinə qədər hər şeyin
Allah tərəfindən incə-incə nizamlanmasına bağlıdır.
Dünyanın və bütün kainatın varlığını
təsadüflərlə əlaqələndirmək isə çox böyük yanılmadır. Əslində, dünyadakı
və kainatdakı hər sistem təsadüfə yer olmadığının və Allah’ın
varlığının açıq-aşkar dəlilidir. Yer Günəşin ətrafında elə orbitdə
fırlanır ki, hər 29 sm-dən bir 2.8 mmiçəriyə doğru orbit xəttini əyir.
Əgər bu əyilmə 0.3 mmaz və ya çox olsaydı, yer üzündəki canlılar ya
donaraq, ya da qovurularaq ölərdilər. Kiçik bir topun belə 1mm yolundan
çıxmadan eyni orbitdə fırlanması qeyri-mümkündür, nəhəng kütləyə malik
Yer kürəsi isə orbitindən çıxmadan hərəkətinə davam edir.
“…Allah hər şey üçün bir ölçü təyin etmişdir” (Talaq surəsi, 3)
ayəsində bildirildiyi kimi, ətrafımızda
gördüyümüz möhtəşəm nizam Allah’ın çox nəhəng sistemləri millimetrdən
asılı olan müvazinətlərlə qoruması sayəsində varlığını davam etdirir.
İnsanların bəzisi Allahın varlığına
inansalar da, Allah’ın hər şeyi yaradıb, sonra öz öhdəsinə buraxdığını,
sonra bu nizamın öz-özünə davam etdiyini düşünürlər. Lakin kainatın hər
yerində hər an meydana gələn bütün hadisələr uca Rəbbimiz Allah’ın izni
ilə, Onun elmi və nəzarəti ilə baş verir.
Cənab Adnan Oktar Allahın varlığının mübahisəsiz dəlillərinin Allahın varlığını elmi cəhətdən sübut etdiyindən bəhs edir:
ADNAN OKTAR: Baxın, bu saat harada
düzəldilib? Fabrikdə düzəldilib və onu düzəldən var, elə deyilmi? Elmi
cəhətdən bunun əksini iddia edirsənmi? Tam olaraq belə olduğunu
deyirsən. Bu qəti qanundur. Fabrik düzəltmir, Allah beynimizdə yaradır.
İndi nə edəcəksən? Nə oldu, Allah’ın varlığının elmi cəhətdən izah edilə
bilinmədiyini deyirdin? Fabrikdə düzəldildiyinə and içir, tam həqiqət
olduğunu deyirsən. Mən də sənə tam olaraq beynimizin içində Allah
tərəfindən yaradıldığını sübut edirəm. Xarici dünya başqa, oradakı əsli
ilə heç təmasda olmuruq. Biz bilmirik, maddənin xarici dünyada mövcud
olduğuna sadəcə iman gətiririk. Heç kim qol saatının xarici aləmdəki
görünüşünü bilmir. İndiyə qədər, peyğəmbərlər də daxil olmaqla, heç kim
görməyib. Bircə Allah bilir. Biz xarici dünyadakı varlığına sadəcə iman
gətiririk, ancaq bilmirik. Ancaq sən fabrikdə düzəldildiyinə and
içirsən. Bunun elmi həqiqət olduğunu deyirsən. “Yaradan var”, –
deyirsən, elə deyilmi? “Düzəldən var”, – deyirsən. Bax, Allah’ın
varlığını bu yolla artıq sən özün sübut etdin. Elmi cəhətdən sübut
etdin. Nə oldu, Allah’ın varlığını elmi cəhətdən sübut etmək olmurdu?
Hər şey beynimizin içində yaradılır.
Məsələn, bu təsbehin quruluşu. Birisi bunun təsadüfən olduğunu desə, heç
kim qəbul etməz. “Birisi tərəfindən düzəldilib, bu, elmi həqiqətdir”, –
deyər. “Birisi tərəfindən düzəldildi”, – deyirsənsə, Allah’ın varlığını
qəbul etmiş olursan. Çünki bunu sənin beynində Allah yaradır. (28 may
2012-ci il, A9 TV)
Hər yerə hakim olan, möhtəşəm sistemi yaradan, onu fasiləsiz qoruyan Allahdır
Siz bu məqaləni
oxuyarkən xəbəriniz belə olmadan kainatın hər guşəsində saysız-hesabsız
proses baş verir. Bunlardan bir neçəsini sadalayaq:
- Hər saniyə Yerə 16 milyon ton su enir və həmin miqdarda su yerdən buxarlanaraq havaya qarışır. Buxarlanma sadəcə dəniz və okeanlarda deyil, göllər və çaylarda, bitkilərdə, torpağın səthindəki sularda, hətta yerin dərinliklərində belə baş verir. Siz bu abzası oxuyarkən ən az 2-3 saniyə keçdi və hal-hazırda, Allah’ın izni ilə, 16×3=48 milyon ton su yerə endi və eyni anda bu qədər su buxarlanıb yenidən havaya qarışdı.
- Hər saniyə təqribən 100 şimşək çaxır. Son bir saatda Yerin müxtəlif bölgələrində 36.000 şimşək Allah’ın nəzarətində çaxdı. Hər şimşək çaxdıqda trilyonlarla ton azot dioksid molekulu hasil olaraq atmosferdəki 78% azot nisbətini qorudu. Torpaq ucu-bucağı olmayan fabrik kimi içində yaşayan trilyonlarla bakteriya ilə fasiləsiz həyata keçirdiyi azot hasilatına hal-hazırda da davam edir.
- Siz hal-hazırda bu cümləni oxuyarkən Günəş 564 milyon ton hidrogeni 560 milyon ton heliuma, artıq qalan 4 milyon ton hidrogeni də enerjiyə çevirdi. Bu proses nəticəsində milyonlarla atom bombasının partlayışına bərabər gücdə enerji, işıq və radiasiya əmələ gəldi. Bizə sadəcə xoş istilik və işıq verən Günəş, əslində, qıpqırmızı qaz buludlarından ibarət dərin bir quyudur. Qaynayan səthindən milyonlarla kilometr uzağa fışqıran nəhəng alov girdabları dibdən səthə doğru yüksələn nəhəng burulğanlardan ibarətdir və bir saniyədə sivilizasiyanın başlanğıcından bəri bəşəriyyətin istifadə etdiyindən də artıq miqdarda enerji hasil edir. Biz isə bu enerjinin 2 milyardda 1 hissəsindən istifadə edirik. Saniyələr, saatlar keçir, Günəş fasiləsiz enerji verir. Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmazdan əvvəl atmosfer və Yerin maqnit sahəsi tərəfindən süzülür. Günəş bizim həyatımız üçün xüsusi yaradılmış işıq mənbəyidir. Allah Quranda bunun hikmətini belə açıqlayır:
”Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə tabe və çayları sizə ram edən Allah’dır! Daim hərəkət edən Günəşi və Ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur” (İbrahim surəsi, 32-34)
Unutmaq olmaz ki,
bəşəriyyət tarixinin əvvəlindən bu günə qədər milyardlarla insan
yaşamışdır. Yəni Allah milyardlarla cüt göz, fərqli barmaq izi, göz
toxuması, insan tipi yaratmışdır və əgər istəyərsə, bu insanlardan
sonsuz sayda daha artıq yarada bilər. Ayədə belə deyilir:
“… O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir”. (Fatir surəsi, 1)
Allah insanın heç bilmədiyi və məhdud
ağlı ilə anlaya bilmədiyi bir çox şeyi yaratmağa qadirdir. Dünyada bizə
verdiyi ucsuz-bucaqsız hər şeyin xəzinələri uca Rəbbimizin – hər şeyin
Yaradanı olan üstün güc sahibi Allah’ın dərgahındadır.
Kainatın hər hissəsi Allahın
böyüklüyünü əks etdirir. Allah bütün üstün sifətlərin və gözəl isimlərin
yeganə sahibidir. Bu məqalədə bəhs etdiklərimiz isə Allahın gözəl
isimlərinin kainatda gördüyümüz bir neçə nümunəsidir. Allahın elmi,
ağlı, gücü, qüdrəti, rəhməti, şəfqəti, fəzli, ehsanı sonsuzdur. Hər
insan isə ağlı və vicdanı ölçüsündə Allahın böyüklüyünü qavramaq üçün
səy göstərməlidir.
Hiç yorum yok:
Yorum Gönder