“Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da (fövrən) olar” (Bəqərə surəsi, 117)
Uca Rəbbimiz Quranda bütün canlıları
və kainatı “Ol” əmri ilə yaratdığını bildirir. Bəzi din adamları isə
Quran ayələrini yanlış şərh edir və Quranda təkamülün olduğunu iddia
etməkdə insanları yanıltmağa çalışırlar. Ancaq təkamülə inanan din
adamlarının dəlil kimi göstərməyə çalışdıqları ayələr təkamülü yox, uca
Allah’ın qüsursuz yaratmasını göstərir:
İnsanların darvinizmin təhlükələrinə və
aldatmacalarına qarşı xəbərdar edilməsi və bu cür təhlükəli
dünyagörüşün fikirlə təsirsiz hala gətirilməsi həyati əhəmiyyət daşıyır.
Ancaq darvinizmi və səbəb olduğu təhlükələri qavraya bilməyən bəzi
insanlar darvinizmə qarşı aparılan elmi mübarizənin əhəmiyyətini də
anlaya bilmirlər. Bu insanlar darvinizmlə elmi mübarizə aparmaq əvəzinə,
bu mübarizədən qaçmaq üçün müxtəlif yollar axtarırlar. Bəziləri:
“Darvinizm o qədər də əhəmiyyətli mövzu deyil”, -deyərək, bu fikri
mübarizəni əhəmiyyətsiz göstərməyə çalışırlar. Bəziləri də, İslamla
təkamül nəzəriyyəsi arasında ortaq məxrəc meydana gətirməyə çalışırlar.
Bunun üçün darvinizmlə İslamı bir-birinə uyğunlaşdırmaqla məşğul
olurlar. Bu isə çox ciddi səhvlərə və yanılmalara gətirib çıxarır.
Darvinizmlə İslamiyyət arasında uyğunluq axtarmaq müsəlman üçün
mümkünsüz bir şeydir. Allah’ı və yaradılışı inkar edən (Allah’ı tənzih
edirik) bir nəzəriyyə ilə uzlaşmaq səmimi şəkildə iman gətirənlərə xas
olan xüsusiyyət deyil. Üstəlik, Quran ayələrində də, Peyğəmbərimizin
(s.ə.v) hədislərində də təkamülə işarə edən bir izah belə yoxdur.
İslamla darvinizmi uyğunlaşdırmağa çalışanların səhvlərindən bəziləri
aşağıdakılardır:
1. İnsanın “təkamül mərhələləri” nəticəsində yaranması
“Sizə nə olub ki, Allah’ın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O, sizi mərhələlərlə yaratdı” (Nuh surəsi, 13-14)
Təkamüllə yaradılış yanılmasını
müdafiə edənlər yuxarıdakı ayədə keçən “mərhələlərlə” sözünü “təkamül
mərhələlərindən keçirərək” şəklində izah edirlər.
“Ətvar” sözü “hal, vəziyyət” mənasını
verən “tavr” sözünün cəm şəklidir və Quranda bu şəkildə başqa bir ayədə
də keçir. Bu ayədə keçən mərhələlər bir insanın nütfə olaraq çatdığı ana
bətnində əvvəl embrion, sonra bir ət parçası, sonra sümük və ət halında
inkişaf edib, sonra da insan kimi dünyaya gəlməsini ifadə edir.
2. Sudan yaratmanın təkamüllü yaradılışa işarə etməsi
”Həqiqətən, Biz insanı qarışıq bir sudan yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq” (İnsan surəsi, 2)
Təkamüllü yaradılış yanılmasını
müdafiə edənlər bir çox ayədə keçən “insanın sudan yaradıldığı” kimi
ifadələri də dəlil kimi göstərməyə çalışırlar. Sudan bütün canlıların
meydana gəldiyini iddia edirlər. Halbuki, insanın sudan yaradıldığının
ifadə edildiyi ayələr də İslam alimləri və təfsirçilər tərəfindən həmişə
nütfədən yaradılma kimi açıqlanmışdır.
3. Hz. Adəmin ilk insan olmaması
Təkamüllü yaradılış yanılması ilə
əlaqədar olaraq ortaya atılan başqa bir iddia isə hz. Adəmin ilk insan
olmamasıdır (hz. Adəmi tənzih edirik). Bu batil iddiaya dəlil olaraq
aşağıdakı ayə göstərilir:
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:)“ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. (Bəqərə surəsi, 30)
Bu iddianı müdafiə edənlər ayədə keçən
“xəlifə yaradacağam” ifadəsinin ərəbcə “cəalə” felini “təyin etmək”
sözü ilə açıqlayırlar. Yəni hz. Adəmin ilk insan olmadığı, bir çox insan
arasından xəlifə olaraq “təyin edildiyini” qarşıya qoyurlar. Halbuki,
“cəalə” (yaratmaq, icad etmək, çevirmək, qoymaq, etmək) sözünün Quranda
istifadə edilən müxtəlif mənaları var.
Bundan əlavə, bir çox ayədə də hz.
Adəmin torpaqdan yaradıldığı bildirilir. Hz.Adəmin xüsusi və fərqli bir
yaradılışa sahib olduğu bu ayələrdən də açıq şəkildə aydın olur.
4. Quranda keçən “atalarımız” ifadəsinin təkamüllü atalara işarə etməsi
Təkamül nəzəriyyəsinə aldanmış bəzi
müsəlmanlar Quranda bir çox ayədə keçən “atalarınız” sözünü dəlil kimi
göstərməyə çalışırlar. Təkamülçülərin yanlış təfsirinə görə, bu ifadədə
insanın primitiv atalarına işarə var. Bu səhv şərhi izah etməyə
çalışarkən, sözün Quranda cəm şəklində verilməsini dəlil olaraq
göstərirlər. Bu ayələrdən biri bu şəkildədir:
(Musa) dedi: “O, sizin də, atalarınızın da Rəbbidir!” (Şuəra surəsi, 26)
Ancaq bu, Quran əxlaqına uyğun olmayan
bir iddiadır, çünki bu söz ayələrdə cəm şəklində çox istifadə
olunmuşdur və təkamüllü şərhə heç bir şəkildə uyğun gəlmir.
5. İnsanın yaradılış forması ilə əlaqədar olan yanılma
”Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O, sizi ora qaytaracaq və yenidən çıxardacaqdır” (Nuh surəsi, 17-18)
Bu ayə təkamüllü yaradılış yanılmasını
müdafiə edən bəzi müsəlmanların ən çox istifadə etdikləri ayədir. Ayədə
bildirilən “…yerdən bir bitki kimi bitirdi…” ifadəsi təkamülçülər
tərəfindən inorqanik təkamülə dəlil kimi göstərilir. Halbuki, bu ifadə
bir çox tərcümədə və təfsirdə işarə edildiyi kimi, ilk insanın torpaqdan
yaradılmasını ifadə edir və “torpaqdan başlamaqla nəslinizi yaratdı”
mənasında istifadə edilir.
6. Quranda meymunlarla insanlar arasında soy yaxınlığının olması
Bu mövzuda bəzi insanlar tərəfindən
yanlış şərh olunan ayələrdən biri də, Allah’ın keçmişdə İsrail
oğullarından Allah’ın əmrinə itaət etməyən bir qrupu meymuna çevirməsi
ilə əlaqədardır. Ayələr belədir:
”Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik. Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik” (Bəqərə surəsi, 65-66)
Bu ayələrdən təkamül nəzəriyyəsinə paralel məna çıxıralmayacağı aydındır. Bunun bir neçə səbəbi vardır:
1) Ayədə nəzərdə tutulan cəza böyük
ehtimalla mənəvi mənadadır. Yəni İsrail oğullarının bir qrupunun fiziki
mənada deyil, xarakter cəhətdən meymuna bənzədilməsi ola bilər
(doğrusunu Allah bilir).
2) Əgər nəzərdə tutulan cəza fiziki
mənada reallaşsa belə, bu təbiət qanunlarına uyğun olmayan möcüzə olar.
Burada Allah’ın diləməsi ilə, bir anda möcüzəvi bir çevirmə, yəni şüurlu
yaradılış mövcuddur. Təkamül nəzəriyyəsi isə növlərin milyonlarla illik
zamanda təsadüfən, yavaş və pilləli şəkildə bir-birlərinə çevrildikləri
kimi ağıl və elmdən kənar bir tezis qarşıya qoyur. Bu səbəbdən, Quranda
bildirilən bu hadisə ilə təkamülün müdafiə etdiyi ssenarinin bir-biri
ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bu ayənin davamında “Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik“
şəklində buyurulur. Bu ayədə insanların alçaq meymunlar halına
gətirilmələrindən sonra gələcəkdəkilərə ibrət olmaları məqsədilə bir
möcüzə kimi reallaşdırıldığına işarə edilir (doğrusunu Allah bilir).
3) Ayədə nəzərdə tutulan cəza tarixdə
bir dəfə və məhdud sayda insan üçün reallaşmışdır. Halbuki, təkamül
nəzəriyyəsi bütün insanların meymunlarla qohum olduqlarını bildirir.
4) Ayədə insanların meymuna çevrilməsindən danışılır. Halbuki, təkamül nəzəriyyəsi bunun əksini söyləyir.
5) Quranda “Maidə” surəsinin 60-cı
ayəsində də Allah’ın qəzəbləndiyi azğın birliyin meymunlara və donuzlara
çevrildiyi xəbər verilir. Ayə belədir:
De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allah’ın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (Maidə surəsi, 60)
Hiç yorum yok:
Yorum Gönder