Quranın “…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur… (Nisa surəsi, 128)” ayəsi
hər insanın nəfsində bir neçə mənfi xüsusiyyətlər ola
biləcəyini xatırladır. İnsan nəfsini malik olduğu bu mənfi
xüsusiyyətlərdən çəkindirməli və cənnət əxlaqındakı
mükəmməlliyə çatmaq üçün səy göstərməlidir. Ancaq buna
baxmayaraq, insan həyatının sonuna qədər yaşadığı hər an
səhv edə biləcək bir varlıqdır.
Həqiqi sevgi və dostluğun
yaşanması üçün insanların bunu unutmaması vacibdir. Hər kəs
sevdiyi insana qarşı çox səbirli və bağışlayan olmalı,
dostunun qüsurlarına qarşı səbirli olmalı, onu başa
düşməli, nöqsanlarını düzəltməyə çalışmalıdır. Çünki
sevmək və sevilmək səbirli olmağı, candan keçməyi tələb edən
xüsusiyyətlərdir. Səhvlər qarşısında göstərilən səbir
insanlar arasında sevginin və mehribanlığın artmasına
səbəb olur. Möminlər, əslində, bir-birlərinə güvəndikləri,
müsəlman olduqları və bir-birlərinə hörmət bəslədikləri
üçün bir-birlərinin xətalarını səbir və anlayışla
qarşılayırlar. Müsəlman qardaş və bacılarının yalnız
xətalarını düzəldə bilmək, Quran əxlaqını ən gözəl şəkildə
yaşamaq üçün göstərdikləri səmimi səy belə onlara qarşı
sevgi yaranması üçün kifayətdir. Bu səbəbdən, qardaş və
bacılarının bir səhv sözü və ya hərəkəti ilə qarşılaşsalar
belə, ona qarşı səbir göstərər, ən gözəl davranışla cavab
verərlər.
Peyğəmbərimiz (s.ə.v) də
möminlərə müsəlman qardaş və bacılarının qüsurlarını
örtmələrini, onlara dəstək olmalarını buyurur:
“Kim bir müsəlmanın ayıbını
örtərsə, Allah da onun dünya və axirətdə ayıbını örtər. Kim
müsibətə düşən bir adamın müsibətini aradan qaldırarsa,
Allah da qiyamətdə onun müsibətlərindən birini yox edər. Kim
qardaşının ehtiyacını təmin edərsə, Allah da onun
ehtiyacını təmin edər”.
Allahı sevən və daima Allahdan
razı olan bir insanın səbiri, cahiliyyə cəmiyyətində olan
insanların səbir anlayışından çox fərqlidir. Bu cür insanlar
əgər qarşılarındakı insanlardan mənfəət umurlarsa və ya
cəmiyyətin təsirindən çəkinirlərsə, bəzi vəziyyətlərə
«dözə bilirlər». «Dözə bilən» insan özünü qaşqabaq tökməkdə,
deyinməkdə haqlı görə bilər. «Bu qədər çətinliyə qatlanıram,
bunun əvəzində istədiyimi etmək haqqımdır» kimi düşüncəyə
qapılırlar. Məsələn, xəstə dostuna və ya həyat yoldaşına
baxmaq məcburiyyətində qalan bir insan əgər Quran əxlaqını
yaşamırsa, bir müddət sonra mütləq bu vəziyyətdən sıxılmağa,
əsəbiləşməyə və şikayət etməyə başlayar. Gecələr yuxusuz
qaldığını, yorğun olduğunu, işinin çox çətin olduğunu və ya
heç kimin onun kimi belə bir çətinliyə dözməyəcəyini
söyləyər. Bu vəziyyətdən narahatçılığı və yaşadığı əsəb aydın
hiss olunur. Xəstə olan insanı minnət altında saxlayan sözlər
deyər, ona borclu olduğunu xatırladar.
Səbirli insan isə sevdiyi insanın
hər cür istəyinə, ehtiyacına həvəslə əməl edər və ona əlindən
gələn köməyi göstərər. Etdiklərinə görə qarşısındakı
insanı əsla minnət altında qoymaz. Səbir Allahın Quranda
möminlərə tövsiyə etdiyi gözəl əxlaq xüsusiyyətidir:
“Ey iman gətirənlər! Səbir edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (“Ali-İmran” surəsi, 200)
Hiç yorum yok:
Yorum Gönder